Şənbə, 10 Dekabr

Rusiya Dövlət Dumasının sədri Bakıya gəlib - YENİLƏNİB + VİDEO

image

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycana rəsmi səfərə gəlib.

Xəbər verilir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyaçeslav Volodini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, 2020-ci il sentyabrın 23-də Moskvada Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə Milli Məclisin sədri Sahibə Qafarova arasında görüş keçirilib. O, daha əvvəl 2018-ci il iyunun 24-25-də Azərbaycanda rəsmi səfərdə olub.

09:12

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.

Bu barədə qanunverici orqanın saytında məlumat verilib.

Bildirilir ki, səfər zamanı onun Azərbaycan Respublikasının Milli Məclisinin rəhbərliyi ilə görüşü nəzərdə tutulub.

Xatırladaq ki, Volodin bundan əvvəl 2018-ci ildə Bakıda rəsmi səfərdə olub. Bundan başqa, 2020-ci ilin sentyabrında Moskvada Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bakıda həkim vəfat edib

  • 08.12.2022 - 09:21