Şənbə, 10 Dekabr

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Oktyabrın 1-dən... VİDEO

image

Ölkəmizdə elektromobillər və hibrid avtomobillərin kreditlə satış qaydası dəyişir. Mərkəzi Bankın təsdiq etdiyi qaydalar oktyabrın 1-dən qüvvəyə minəcək.

Xəbər verilir ki, kreditlə istehsal tarixi 3 ildən az olan elektromobil almaq istəyənlər onun dəyərinin 10%-i qədər ilkin ödəniş edəcək.

İstehsal tarixi 3 ildən çox olan elektromobillərin kreditləşdirilməsi üçün isə ilkin ödəniş tələbi 40% olacaq. Hibrid mühərrikli avtomobillər üzrə kreditin rəsmiləşdirilməsi üçün istehsal tarixi 1 il və yaxud ondan az olduqda ilkin ödəniş 20%, 1-3 il olduqda 40%, 3 ildən çox olduqda isə 50% təşkil edəcək.

İqtisadçı Xalid Kərimli "Xəzər Xəbər"ə deyib ki, yeni qərar bu növ avtomobillərin alışını asanlaşdıracaq.

Ekspertin sözlərinə görə, dəyişkilik ekoloji təmiz nəqliyyat vasitələrinə keçidi sürətləndirməyə hesablanıb. Xalid Kərimli yeni qərarın qiymətlərə təsir edib-etməyəcəyinə aydınlıq gətirib.

O əlavə edib ki, dəyişiklik ölkəyə köhnə avtomobillərin gətirilməsinin qarşısını almağa da yardımçı ola bilər.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bakıda həkim vəfat edib

  • 08.12.2022 - 09:21