Şənbə, 10 Dekabr

“Mən də şəhid ailəsiyəm, amma heç vaxt yardım istəməmişik“ - Təranə Qumral

image

"Mən də şəhid ailəsiyəm, amma buna görə heç vaxt yardım istəməmişik".

Bunu açıqlamasında müğənni Təranə Qumral deyib.

O, müharibə dövründə və atəşkəsin pozulması dönəmində bəzi şou nümayəndələrinin hərbi geyimlə şəkillər çəkdirməsinə etirazını bildirib.

Müğənninin sözlərinə görə, bu cür vətənpərvərliyin simvolu sayılmır:

"Şou nümayəndələri öz işiylə məşğul olsa, yaxşı olar. Hərbi geyimdə, əlində avtomat, tankın üstündə şəkil çəkdirməklə heç kəs vətənpərvər olmur. Belə addımlar vətənpərvərliyim simvolu deyil. Vətənpərvərlik insanın qanında, canında olmalıdır. Bununla kimsə şəhid ailələrinə, qazilərə dəstək olacağını düşünürsə, səhv edir.

Qonşudan bişən yeməklə heç kəsin qarnı doymur. Vətənpərvər kişi şou nümayəndələri cəbhədə döyüşər, qadınlar da həmin ailələrə maddi yardım göstərər.

Mən də şəhid ailəsiyəm, amma buna görə heç vaxt yardım istəməmişik. Bizim ailədə belə şeylər olmayıb. Allah şəhidlərimizə rəhmət eləsin!"

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bakıda həkim vəfat edib

  • 08.12.2022 - 09:21