Şənbə, 18 May

İranın ali lideri Əli Xameneinin səhhəti pisləşib? - FOTO

image

“İranın ali rəhbəri Əli Xameneinin səhhəti pisləşib”.

Məlumata görə, bu barədə iranlı müstəqil jurnalist Əli Cavanmərdi özünün “Twitter” hesabından məlumat verib.

O, tibb sahəsində xüsusi mənbələrə istinadla bildirib ki, İİR ali rəhbəri Tehranın “Rəcayi” xəstəxanasında açıq ürək əməliyyatı keçirib və komaya düşüb.

Cavanmərdi əməliyyat əsnasında tibb müəssisəsinin kardioloji və digər bölmələrinin bütün personalının çıxarıldığını və tibb işçilərinin xəstəxanaya girişinin qadağan edildiyini vurğulayıb.

“Görəsən, Xamenei artıq ölüb, yoxsa ölüm ayağındadır?” - deyə jurnalist sonda soruşur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41