Cümə axşamı, 16 May

9 ölkədən tam dəstək: Ukrayna NATO-ya qəbul ediləcək?

image

NATO üzvü olan 9 ölkənin liderləri Ukraynanın alyansa üzvlüyünə dəstək verməyə və Kiyevə hərbi yardımı artırmağa çağırıblar.

Xəbər verilir ki, Çexiya, Estoniya, Latviya, Litva, Makedoniya, Monteneqro, Polşa, Rumıniya və Slovakiya liderləri bu barədə birgə bəyanat yayıb.

Ukraynanın NATO üzvlüyünə verilən dəstək qeyd olunan bəyanatda 2008-ci ildə Rumıniyada keçirilən NATO sammitində alınan qərara da toxunulub və Ukraynanın gələcək üzvlüyü ilə bağlı Buxarestdə qəbul edilən qərarın arxasında bu bəyannaməyə imza atanların dayandığı vurğulanıb. 2008-ci il sammitində NATO üzvləri Ukrayna və Gürcüstanın üzv olmaq istəyini alqışladıqlarını bildirmişdilər.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Ukraynanın sürətləndirilmiş NATO-ya üzvlük tələbi ilə bağlı açıqlamasında bunun hazırda əsas məsələ olmadığını bildirib: “Ukraynanın NATO-ya üzv olmaq tələbi hazırda fundamental məsələ deyil. Önəmli olan bu ölkəyə hərbi dəstəyi və indiyə qədər olduğu kimi Rusiyaya qarşı sanksiyaları davam etdirməkdir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58