Cümə, 29 Mart

Korrupsiya ortaqları - TƏBİB və FHN

image

Bir neçə gün öncə ölkə gündəmi korupsiyada şübhəli bilinən bir neçə tibb işçisinin həbs olunması ilə çalxalandı. Uzun müddətdir ki, sosial şəbəkələrdə pandemiya şəraiti və koronavirusa yoluxmuş xəstələrin müalicəsi sahəsində ciddi problemlərin yaşandığı ilə bağlı iddialar səsləndirilirdi. Ən son yaşanan həbslər isə bu iddiaların həqiqiliyini bir daha sübut etmiş oldu.

Belə ki, aprelin 22-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində “Yeni klinika”-nın direktoru Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin Zığda yerlışən Modul Tipli hispitalının baş həkimi İmran Ağayev həbs olundu. Adı çəkilən şəxslərin həbs olunmasında əsas səbəb koronavirus xəstələrindən pul almaları və alınan pulu öz şəxsi maraqları üçün istifadə etmələri olub. Hadisədən dərhal sonra isə TƏBİB və Fövqəladə Hallar nazirliyi arasında həbs olunan həkimlərin hansı qurumun tabeliyində olması ilə bağlı mübahisələr başlandı. 

Günahkar kimdir? TƏBİB, yoxsa FHN?

Qeyd edək ki, TƏBİB dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirməli olan qurumdur. Ancaq nə üçünsə “Yeni klinika”-da baş verən qanun pozuntularını başqa qurumun səlahiyyətinə daxil olduğunu xatırlamatla yetinir. 

Oxşar tendensiya Fövqəladə Hallar Nazirliyi üçün də keçərlidir. “Zığ” Modul tipli hospital birbaşa Fövqəladə Hallar Nazirliyinə məxsusdur və orda baş verən hadisələrdən nazirlik birbaşa xəbərdar olmalı idi. Fövqəladə hallar naziri Kəmələddin Heydərov hadisə ilə bağlı verdiyi açıqlamasında Modul tipli hospitalın nazirliyə məxsus olmadığını, dövlət tərəfindən maliyyələşdirildiyini qeyd edib. TƏBİB isə nazirin açıqlamasına cavabında hospital FHN-nin Tibb Xidməti nəzdində fəaliyyət göstərdiyini və TƏBİB tərəfindən həmin hospitalın baş həkim və əməkdaşlarının fəaliyyətinə bu və ya digər formada müdaxilə və ya nəzarət olmadığını bildirib.

Nəticədə belə aydın oldu ki, həbs olunan həkimlər nə TƏBİB, nə də Fövqəladə Hallar Nazirliyinə tabe deyillər, tamamilə özfəaliyyətlə məşğul olublar. Hətta bu vaxta qədər icra olunan qanunsuz əməllərdən hər iki qurumun xəbəri olmayıb.

COVİD statistikası süni olaraq şişirdilibmi?

Digər bir diqqət çəkən məqam isə Azərbaycanda son günlərdə yaşanana koronavirus statistikası ilə bağlıdır. Belə ki, həbslərdən bir gün öncə ölkə üzrə koronavirusa yoluxma sayı 2045 nəfər olduğu halda, həbslərdən bir gün sonra 24 apreldə yoluxma sayı 1600 nəfər təşkil edirdi. 27 apreldə isə müvafiq statistika 1300 nəfərə qədər enib. Son aylarda 2000 nəfərdən çox yoluxmanın yaşandığı Azərbaycanda statistik məlumatlardakı bu dəyişiklik ciddi şübhələr doğurur.

Məlumdur ki, “Yeni klinika” və “Zığ” Modul tipli hospitalda baş verən qanunsuzluqlar digər səhiyyə müəssiələrində baş verən qanunsuzluqların sadəcə kiçik bir hissəsidir. Oxşar pozuntuların digər klinika və tibb müəssisələrində baş vermədiyini iddia etmək gülünc olardı. Regionlarda yerləşən tibb müəssiələrinin vəziyyətini isə təsəvvür etmək belə dəhşətlidir. Belə olduğu təqdirdə ölkədə koronavirus statistikasının yüksək olmasını anlamaq olur. 

Çünki bu şəraitdə baş həkimlər üçün hər xəstə əlavə gəlir yerinə çevrilir. Hətta sağlam adama belə koronavirus diaqnozu qoymaqla ondan müalicə xərcləri, dərman pereparatları üçün əlavə pul alınması həyata keçirilir. Bu da öz növbəsində gündəlik statistikanın 2000 nəfərdən birdən-birə 1600-ə düşməsini izah etməyə kifayət edir.
Əgər koronavirusa yoluxanların sayının çox olması klinikalara əlavə gəlir gətirirsə, onlar nə üçün bundan imtina etsinlər? Koronavirus statistikasının azalması nə üçün bu klinikaların marağında olsun ki?

Yuxarıda qeyd etdiyimiz nüanslar iki vacib məsələdən xəbər verir. Birincisi, ya TƏBİB və FHN öz işinin öhdəsindən gələ bilmir. Çünki ölkədə iki klinikada koronavirus xəstələrindən pul alınması və aidiyyatı qurumların bundan xəbərsiz olması hər hansı nəzarət mexanizminin mövcud olmadığını göstərir. İkincisi isə TƏBİB və FHN baş verənlər haqqında tam məlumatlıdır, hətta bu korrupsiya şəbəkəsinda yer alaraq ortaqlıq edirlər. Korrupsiya şəbəkəsinin fəaliyyəti ortaya çıxdıqda isə bir-birini günahlandırmaqla baş verənləri ört-basdır etməyə çalışırlar.
 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45