Şənbə, 18 May

Qazaxıstan və Rusiya arasında gərginlik pik həddə - Səfir XİN-ə çağırıldı

image

Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın bəyanatına etiraz olaraq Qazaxıstan XİN-ə çağırılıb.

Xəbər verilir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Səfir ciddi söhbət üçün Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bərabərhüquqlu strateji tərəfdaşlıq ruhuna uyğun gəlməyən bəyanatını müzakirə etdik. Söhbət olduqca sərt keçdi”, - məlumatda deyilir.

Avqustda Ukraynanın Qazaxıstandakı səfiri Petro Vrublevskinin ölkəsinin mümkün qədər çox rusu öldürməyə çalışdığını bildirən video yayımlanıb. Bundan sonra Qazaxıstan XİN-dən səfirə etiraz edilib.

Oktyabrın 4-də Qazaxıstanın Rusiyadakı səfiri Yermek Koşerbayev Rusiya XİN-ə çağırılıb və ona etiraz notası verilib.

Mariya Zaxarovanın buna reaksiyası isə sərt olub. O, ötən günlərdə Qazaxıstan hakimiyyətini verdiyi sözü yerinə yetirməməkdə, yalan danışmaqda ittiham edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41