Cümə, 17 May

Ukrayna İran istehsalı olan 3 dronu vurdu

image

Ukrayna daha 3 İran dronunu zərərsizləşdirib.

Xəbər verilir ki, Ukrayna ordusu Odessa və Nikolayev vilayətlərinə hücum edən Rusiyaya məxsus İran istehsalı kamikadze dronlarını sıradan çıxarıb. Bu barədə məlumat Ukrayna Silahlı Qüvvələrinin sosial şəbəkələrdəki rəsmi səhifəsində paylaşılıb.

Bildirilib ki, oktyabrın 7-də saat 20:00-dan 21:30-a kimi Rusiya işğalçı qoşunları 3 ədəd “Shahed-136” kamikadzesi ilə Odessa və Nikolayev vilayətlərinə hücum həyata keçirib:

"Hər üç qanadlı kamikadze dronu "Cənub" HHM komandanlığının vasitələri tərəfindən vurulub".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41