Şənbə, 20 Aprel

“2 manatlıq dərmanı altdan-altdan 150-200 manata satırlar”

image

Milli Məclisdə Azərbaycanda bəzi dərmanların çatışmazlığı məsələsi qaldırılıb. 

Xəbər verilir ki, millət vəkili Rüfət Quliyev həkimlərin ona müraciət edərək bəzi dərmanların çatışmadığını bildirib. 

“Bir aydan çoxdur ki, Azərbaycanda adrenalin adlı dərman yoxdur. Həkimlər qeyd edirlər ki, hazırda onlarla cərrahiyyə əməliyyatı məhz buna görə dayandırılıb. 1.50 qəpiklik dərman yoxa çıxıb, onu altdan-altdan 150-200 manata satırlar. İkincisi qlükoza və hidrogen xolorofil fizoloji məhlulu tapılmır. Bu dərmanlar Ukraynadan gətirilir.

Mən başa düşürəm ki, Ukraynada müharibədir və dərman gətirməkdə müəyyən problemlər var. Lakin bu dərmanlar Türkiyədə rahat şəkildə satılır. Bizim fikrimiz var idi  ki, bir ay dərmanları Türkiyədən Azərbaycana gətirib sataq. Bu problemin həllini uzatmaq lazım deyil”. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20