Çərşənbə axşamı, 21 May

Putin MDB dövlət başçılarını ilin sonunda Sankt-Peterburqa sammitə dəvət edib

image

Rusiya Prezidenti Vladimir Putin MDB-yə üzv dövlətlərin başçılarını 2022-ci ilin sonunda Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitə dəvət edib.

Xəbər verilir ki, Rusiya lideri Sankt-Peterburqun 2023-cü ilin "Mədəniyyət Paytaxtı" elan edilməsi təşəbbüsünü dəstəklədiklərinə görə dövlət başçılarına minnətdarlığını bildirib.

"Həmkarlarımla artıq müzakirə etdik: 2023-cü il ərəfəsində gələcək "Mədəniyyət Paytaxtı"nda qeyri-rəsmi görüş keçirmək olar. Hamınızı məmnuniyyətlə həmin görüşə dəvət edirəm", - Putin həmkarlarına müraciət edib.

Xatırladaq ki, MDB dövlət başçıları 2021-ci il dekabrın 28-də, Yeni il öncəsi Sankt-Peterburqda görüşüblər. Bu il oktyabrın 7-də isə Vladimir Putinin doğum günündə bu şəhərdə siyasətçilərin qeyri-rəsmi görüşü keçirilib. İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak ediblər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41