Cümə, 17 May

Hakerlər Bolqarıstan prezidentinin saytına hücum etdilər

image

Bolqarıstan Prezidentinin administrasiyasının internet saytı şənbə günü səhər kütləvi DDoS hücumuna məruz qalıb və bu, işin dayandırılmasına və ya səhifəyə girişin müvəqqəti məhdudlaşdırılmasına səbəb olub.

Xəbər verilir ki, bu barədə Bolqarıstan İnformasiya Agentliyi məlumat  yayıb.

Prezidentin mətbuat xidməti hücumun saytın məzmununa təsir etmədiyini vurğulayıb. Hücumun nəticələrini minimuma endirmək üçün də tədbirlər görülüb.

Bundan əlavə, Bolqarıstanın bir sıra dövlət qurumlarının internet saytları da sındırılıb.

Sofiya Şəhər Prokurorluğu mediada haker hücumu ilə bağlı məlumatların yoxlanılması barədə göstəriş verib.

Bolqarıstan Baş prokurorunun müavini, eyni zamanda Milli İstintaq Xidmətinin direktoru olan Borislav Sarafov kiberhücumun Rusiyanın Maqnitoqorsk şəhərindən həyata keçirildiyini bildirib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58