Cümə axşamı, 16 May

Consonun yenidən hakimiyyətə qayıtması üçün imza toplandı

image

Böyük Britaniyada üç gündən az müddətdə 15 minə yaxın insan hazırkı hökumət başçısı Liz Trassın siyasətindən narazı olduğu üçün keçmiş baş nazir Boris Consonun hakimiyyətə qayıtması naminə petisiya imzalayıb. 

Xəbər verilir ki, bu barədə oktyabrın 18-də petisiyanı yaradan Britaniyanın "Conservative Post" informasiya resursu məlumat yayıb.

"15 minə yaxın imza topladıq!" - resurs "Twitter"də yazıb. 

Mühafizəkarlar qeyd edib ki, oktyabrın 15-də "Borisi geri qaytarın" adlı petisiya yaradılıb və ilk saatda mindən çox imza toplayıb. İlk gün ərzində beş mindən çox insan petisiyanı imzalayıb.

Bir gün əvvəl Britaniya mediası Trassın istefasının qaçılmaz olduğunu bildirib.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58