Şənbə, 18 May

Baş həkim bu görüntülərə görə işdən çıxarılıb? - Video

image

Xəbər verdiyimiz kimi, ötən gün Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov vəzifəsindən kənarlaşdırılıb.

Son günlər tibb sahəsindəki kadr dəyişiklikləri ilə əlaqədar işindən azad edilən T. İbadovun dünən idarəçiliyində olan xəstəxanadan yayılmış görüntülərə görə Klinik Xəstəxanasından uzaqlaşdırılmağı istisna deyil.

Xəbər verilir ki, ötən gün sosial şəbəkələrdə Respublika Klinik Xəstəxanasında karantin qaydalarının kobud şəkildə pozulmasını əks etdirən növbəti görüntülər yayılmışdı. Videoda xəstəxananın dəhlizində heç bir sosial məsafə və karantin qaydalarını gözləmədən onlarla insanın toplaşdığı aydın görünür. İcbari Tibbi Sığorta lövhəsinin qarşısında növbə gözləyən vətəndaşların arasında ümumiyyətlə məsafə yoxdur.

Qeyd edək ki, bu, sözügedən xəstəxanada karantin qaydalarının pozulması ilə bağlı yayılan ilk görüntü deyil. Ötən ayın əvvəllərində də xəstəxananın poliklinka şöbəsində həkim qəbuluna gələn onlarla insanın heç bir məsafə gözləmədən toplaşdığını əks etdirən foto yayılmışdı. İddia olunurdu ki, həmin şəxslər rayonlarda əlilliklə bağlı pensiya alan şəxsləri təkrar müayinə üçün bu xəstəxanaya göndərilənlərdir. Həmin vaxt xəstəxana rəhbərliyi sıxlığı hava şəraiti ilə əlaqələndirmişdi və bir qədər sonra isə növbəlilik prinsipinin gözlənildiyini açıqlamışdı.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41