Şənbə, 18 May

“Bayraktar”lar Polşa səmalarında - İlk aparatlar gəldi

image

Polşa Türkiyədən “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyasını əldə edib.

Xəbər verilir ki, müdafiə naziri Mariuş Blaşçak Miroslavetsdəki 12-ci pilotsuz uçuş aparatları bazasına bu maşınların təhvil verilməsi mərasimində bildirib.

“İlk Bayraktarlar artıq 12-ci bazadadır. Hərbçilərimiz bununla bağlı Türkiyədə yüksək təlim keçiblər”, - deyə, o bildirib.

Müdafiə naziri bunu Polşa ordusunun təchiz edilməsi prosesində mühüm mərhələ adlandırıb. Onun sözlərinə görə “Baytaktar”lar həm kəşfiyyat, həm də zərbə missiyalarını yerinə yetirə biləcəklər.

Polşaya çatdırılan ilk sistemə altı pilotsuz təyyarə və üç idarəetmə stansiyası daxildir. Bundan əlavə, Türkiyədən yerüstü dəstək sistemləri, ehtiyat hissələri və diaqnostika üçün avadanlıqlar gətirilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41