Çərşənbə, 24 Aprel

Rusiyanı məkrli Qarabağ planı: Sülh müqaviləsi imzalansa belə...

image

Ötən gün rus sülhməramlıların “sülhməramlı humanitar yardım” adı altında Laçın dəhlizi ilə Qarabağ separatçılarına silah daşıması haqqında məlumat yayılıb. Məlumatda uçuşun 03.11.2022-ci ildə, saat 17:21-də, RFF7935 nömrəli reys ilə baş tutub. 

Diqqətçəkən bir digər məqam isə Rusiyadan Qarabağdakı separatçı-terrorçular üçün göndərilən silah və sursatın İran üzərindən İrəvan aeroportuna çatdırılıb daha sonra isə oradan maşınlarla Laçın dəhlizindən keçməklə Xankəndiyə daşınmasıdır.

Rusiyaya regionda ona “ehtiyac”ı artırmağa çalışır. 

Xankəndindəki “izdihamlı” təxribat xarakterli “mitinq”- dən sonra Rusiyanın separatçılara silah daşıması əslində təəccüblü deyil. Belə ki, Rusiya sülhməramlıların 5 ilin tamamında regiondan çıxmalı olduğunu yaxşı bilir və bununla barışmaq istəmir. “Sülhməramlı istəyi”nə nail olmaq üçün Rusiya regionda ona “ehtiyac”ı artırmağa çalışıır. 

Prinsip etibarilə Xankəndidə təşkil edilən mitinq ilə Rusiya bu əməlini açıq şəkildə ifadə etdi. Mitinqin məhz Soçi görüşü öncəsində baş tutması da proseslərin Kremlin mətbəxindən çıxdığını təsdiqləyir.

Rəsmi Moskva Soçi görüşündən bir gün öncə Xankəndidəki mitinq təxribatı ilə “ermənilər Azərbaycan vətəndaşlığını istəmir” əsasını yaratdı. Lakin Prezident İlham Əliyevin Soçi görüşündən öncə Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə səsləndirdiyi “münaqişə iki il öncə başa çatıb və Qarabağ, orada yaşayan ermənilər Azərbaycanın daxili məsələsidir” fikirləri Kremlin bu niyyətini blokladı. Buna görə də Rusiya hazırda sülhməramlıların regionda qalması üçün “B” planını işə salıb. 

Kremlin “B” planı

Rus sülhməramlıların “sülhməramlı humanitar yardım” adı altında Laçın dəhlizi ilə Qarabağ separatçılarına silah daşıması onu deməyə əsas verir ki, Rusiya Qarabağda “etnik münaqişə” kartının daim aktual qalmasında maraqlıdır. Başqa cür desək Rusiya Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasını istəsə belə Qarabağda “etnik münaqişə”nin bitməsini istəmir. 

Digər tərəfdən, Rusiya Azərbaycanın ehtimal antiterror əməliyyatı keçirə biləcəyinin də fərqindədir və buna görə separatçıları müqavimət göstərməsi üçün silahlandırır. 

Bakının cavabı

Rusiyanın separatçılara dəstəyinə baxmayaraq Bakının da həm hərbi, həm də siyasi baxımdan proseslərə müdaxilə etmək imkanları var: 

Birincisi, Prezideünt İlham Əliyevin Putinlə görüşdə səsləndirdiyi “münaqişə iki il öncə başa çatıb və Qarabağ, orada yaşayan ermənilər Azərbaycanın daxili məsələsidir” sözləri rəsmi Bakının siyasi olaraq prosesləri bitirdiyini göstərir. 

İkincisi, separatçılara silahın daşınması faktının aşkarlanması 10 noyabr bəyanatının pozulması deməkdir. Çünki bəyanatın müvafiq bəndinə görə, dəhliz yalnız humanitar məqsədlər üçün istifadə edilə bilər. Bu halın aşkarlanması Bakıya “Laçın dəhlizinə” nəzarət məsələsini aktuallaşdırmaq imkanı verir.  

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37