Bazar ertəsi, 20 May

Tovuzda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib - YENİ

image

Tovuzda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib.

Xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.

O bildirib ki, noyabr ayının 11-də 15 yaşlı qızın qaçırılması barədə Tovuz rayon Polis Şöbəsinə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirib və müəyyən edilib ki, Şəmkir rayon Kür qəsəbə sakini, 2007-ci il təvəllüdlü A.Qasımova (ad soyad şərtidir) Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü E.Mehdiyev ilə görüşüb, könüllü şəkildə qaçıblar.

Polis əməkdaşları onların yerini müəyyən edərək gənc qızın valideynlərinə təhvil verib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirlir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41