Cümə axşamı, 28 Mart

Sumqayıtda olay: Narkotik çəkib məhkəməyə gəldi - VİDEO

image

Sumqayıtda kişi narkotik qəbul etdikdən sonra məhkəməyə gəlib. 

Əldə etdiyimiz məlumata görə, hadisə bu gün baş verib. Sumqayıt Şəhər Məhkəmə Kompleksinə gələn şəxsin özündə olmadığını əks etdirən videogörüntülər yayılıb. 

Məsələ ilə bağlı Sumqayıt Şəhər Məhkəmə Kompleksindən bildirilib ki, sözügedən görüntülərdəki şəxsin bu gün səhər saatlarında məhkəmə prosesi keçirilməli idi:

“Lakin vətəndaş məhkəmə prosesinə gecikib və iştirak etməyib. Daha sonra o, Sumqayıt Şəhər Məhkəmə Kompleksinə xoş olmayan vəziyyətdə gəlib. Şəxs narkotik maddə istifadəçisidir, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə məhkəmə prosesi olmalıydı. İlkin ehtimallara görə, narkotik maddənin təsiri altında məhkəmə binasına daxil olub. Şəxslə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Ərazi üzrə polis əməkdaşları vətəndaşı bölməyə aparıblar. Faktla bağlı müvafiq tədbirlər görüləcək”.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25
image

Sabahın havası necə olacaq?

  • 25.03.2024 - 13:56