Cümə axşamı, 28 Mart

Cəlilabadda meyiti tapılan qadın qardaşı tərəfindən ağac parçası ilə öldürülüb - YENİLƏNİB

image

Noyabrın 16-sı Cəlilabad Rayon Polis Şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cəlilabad prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyitini rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilmiş və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim edilmişdir.

İş üzrə istintaq davam edir.

15:18

Cəlilabad rayonunda qadın meyiti aşkar olunub.

Məlumata görə, meyit rayonun Sabirabad kəndi ərazisində, açıq ərazidə tapılıb.

İlkin ehtimala görə, meyit bir müddət öncə itkin düşmüş 46 yaşlı Əliyeva Xalidə Xeyrulla qızına məxsusdur. Onun qətlə yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25