Cümə axşamı, 18 Aprel

“Putinin iki ölümcül səhvi...” - NATO baş katibindən şok sözlər

image

Rusiya Prezidenti Vladimir Putin öz rəqibini lazımınca qiymətləndirmədi və bunun bədəlini ödəyir.

Xəbər verilir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

Stoltenberqin sözlərinə görə, Ukraynaya hücum zamanı Moskva ölümcül rol oynayan iki böyük səhvə yol verib:

“Putin Ukrayna xalqının öz azadlığı və ölkəsinin müstəqilliyi uğrunda mübarizə aparmaq cəsarətini və iradəsini, həmçinin NATO müttəfiqlərinin və tərəfdaşlarının Ukraynanı dəstəkləməkdə birliyini və amansız əzmini lazımınca qiymətləndirmədi.

Bir neçə günə Ukraynanı məğlub edə biləcəyini düşünürdü. Doqquz ay sonra Rusiyanın uğursuzluğu, ukraynalıların isə öz ərazilərini işğaldan azad etmək mübarizəsi davam edir”.

Bununla yanaşı, Stoltenberq bildirib ki, Rusiyanı zəif kimi qiymətləndirmək də böyük səhv olardı.

“Uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməyə hazır olmalıyıq. Bəli, bu dəstəyin bədəlinin olduğunu bilirəm. Ölkələrimizdə bir çox insanlar böhranla üzləşirlər. Enerji və ərzaq qiymətləri artır. Amma NATO müttəfiqləri olaraq bunun bədəli maddidir. Ukraynalılar isə qanla ödəyirlər. Ona görə də Putinin qalib gəlməsinə imkan versək, hamımız bundan qat-qat ağır bədəl ödəməli olacağıq.

Dünyadakı avtoritar rejimlər ona öyrəşəcəklər ki, güclə istədiklərini əldə edə bilərlər. Bunun bizim təhlükəsizliyimiz üçün birbaşa nəticələri olacaq. Bu, dünyanı daha təhlükəli edəcək. Prezident Putinin Ukraynada qalib gəlməsinə imkan verməməyimizin səbəbi budur. Birliyimizi davam etdirməliyik”, - Stoltenberq vurğulayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28