Çərşənbə, 17 Aprel

Ramiz Mehdiyevlə Vasif Talıbov Naxçıvanda görüşüb?

image

“Bu məlumatı mən mətbuatdan oxumuşam. Bildirilirdi ki, Ramiz Mehdiyevlə Vasif Talıbov arasında Naxçıvanda görüş olub”.

Bu sözləri açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.

Eks millət vəkili Ramiz Mehdiyevlə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov arasında baş tutan görüş barəsində dediklərinə aydınlıq gətirib: 

“Mənə bir sual verildi ki, o YAP-ın iclasına gəlməyib? Əgər dəvət ediblərsə, amma gəlməyibsə, dövlət daxilində bir qurumun belə bir addım atması Azərbaycanın indiki həssas vaxtında xoş olan bir şey deyil. Çünki İran da oradan Naxçıvanı özünə birləşdirmək məsələsini gündəmə gətirir. Bu cür atılan addımlar bir növ İranın siyasi fikirlərini təsdiqləmək kimi qəbul olunur. Belə həssas vaxtda bu cür addımların atılması qətiyyən olmaz. Bu adamların üzərinə necə gedilirsə, getməlidir”.

C. Nuriyev əlavə edib:

“Mən də fikrimi söyləmişəm, siyasi analiz edərək demişəm ki, Azərbaycanda kimlərinsə hakimiyyətin dəyişməsində marağı çoxdur. Özü də Ramiz Mehdiyev xislətindən əl çəkən deyil. Əqrəb həmişə sancır, amma indi bu məsələyə yeni oyunçuların girməsi çox təhlükəli meyldir. Çünki Vasif Talıbovun da müəyyən qüvvəsi var. Lakin görünən odur ki, Moskvanın apardığı oyunlara bu təkan verir. Çünki Moskva artıq həm Ermənistanın, həm də İranın əli ilə Qarabağda daimi qalmaq istəyir. Oradan Ruben Vardanyanı göndərib, buradan da əldəqayırma Qarabağ “nazir”lərinin hamısını işdən azad ediblər. Ən təhlükəlisi isə odur ki, Vardanyan indi Vardar Oskanyanı “xarici işlər naziri” postuna gətirmək istəyir. Bilirsiniz, onlar yenidən Qarabağ məsələsini reanimasiyadan çıxarmaq istəyir. Belə bir şəraitdə Azərbaycanda qarşıdurma yaratmaq ancaq “beşinci kolon”un – Ramiz Mehdiyevin işidir”.

“Mən mətbuatda oxuduqlarımı analiz edirəm. Azərbaycan mediası nədən ötrüdür ki? Bu fikri internet televiziyası vermişdi. Məlumatın dəqiqliyinə isə o məsuliyyət daşıyır. Mənim bir vətəndaş, siyasətçi kimi başqalarının fikrinə istinad edib fikir söyləmək səlahiyyətim var”, – yekunlaşdırıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14