Çərşənbə axşamı, 21 May

Gəncədə azyaşlılar dəm qazından zəhərləndi - ÖLƏN VAR (YENİLƏNİB)

image

Nazirlik Gəncədə baş verən hadisə ilə bağlı məlumat yayıb.

Xəbər verilir ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov  bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər Dədəqorqud küçəsində dəm qazından zəhərlənmə barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları və şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zaman 2020-ci il təvəllüdlü Z. İsayevanın dəm qazından zəhərlənərək öldüyü, Zeynəb Musayeva, Dərya Musayeva, Fatimə Musayevanın zəhərlənməsi məlum olub”.

Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.

xxx

19:39

Gəncədə azyaşlılar dəm qazından zəhərlənib.

Məlumata görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən binada qeydə alınıb. Belə ki, mənzillərin birində dəm qazından zəhərlənmə baş verib. Hadisə nəticəsində 4 nəfər azyaşlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Z. Musayevanı xilas etmək mümkün olmayıb və o ölüb. Üç nəfərin vəziyyəti isə orta ağırdır.

Hadisənin baş vermə səbəbləri  araşdırılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41