Cümə, 17 May

Saakaşvilinin zəhərlənməsi TƏSDİQLƏNDİ

image

Həbsdə olan Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhəti ilə bağlı tibbi rəyin təhlili onun zəhərlənməsini göstərir.

Xəbər verilir ki, bu barədə ekspertizanı aparan “Empati” qeyri-hökumət təşkilatının rəhbəri Mariam Cişkarani bildirib:

“Tibbi rəy 188 səhifədən ibarətdir, 3 min sənəd də araşdırılıb. Sənədlərə əsasən belə qənaətə gəlirik ki, onun səhhətinin pisləşməsinin səbəbi, böyük ehtimalla, zəhərlənmədir”.

Onun sözlərinə görə, keçmiş prezidentin orqanizmində civənin səviyyəsi 42% keçib.

Çişkarani qeyd edib ki, Saakaşvilinin səhhəti ilə bağlı bütün məlumatlar Gürcüstan Prezidentinin administrasiyasına ötürülüb.

Xatırladaq ki, bundan əvvəl Saakaşvilinin vəkili Valeri Qelbaxiani onun ağır metallarla, o cümlədən civə ilə zəhərlənməsi barədə məlumat verib. Gürcüstan hökuməti isə Saakaşvilinin mümkün zəhərlənməsi ilə bağlı vaxtından əvvəl nəticə çıxarmaqdan çəkinməyə çağırır və ayrıca toksikoloji ekspertiza keçirməyi planlaşdırır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58