Cümə, 29 Mart

“Şakiranın şəxsi toxunulmazlıq hüququ pozulub”

image

Məşhur kolumbiyalı müğənni Şakiranın şəxsi toxunulmazlıq hüququnun pozulduğu bildirilir.

Xəbər verilir ki, bunu Şakiranın vəkili İspaniya vergi idarəsinin ünvanına ittihamlar səsləndirərkən deyib.

O bildirib ki, sənətçinin vergi problemi hələ də həll olunmayıb:

"Belə vəziyyət onun reputasiyasına xələl gətirə bilər. Hətta onu güzəştə getməyə məcbur da edə bilər. Çünki xəstəxanalardan şəxsi məlumatları tələb edir və sosial şəbəkələri yoxlayırlar. Şakira düşünür ki, bu cür üsullar qəbuledilməzdir. O, heç bir sövdələşmə bağlamaq fikrində deyil”.

Xatırladaq ki, məhkəmə prosesi bir neçə ildir davam edir. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45