Bazar ertəsi, 20 May

Əlli illik sirr çözüldü – Brüs Linin ölümünün əsl səbəbi məlum oldu

image

Bütün dövrlərin ən məşhur döyüş ustalarından biri kimi yadda qalan çinli aktyor Brüs Linin ölümü ilə bağlı illər sonra yeni məlumatlar üzə çıxıb.

Xəbər verilir ki, mövzuyla əlaqədar aparılan yeni araşdırmada Brüs Linin ölümünə suyun səbəb ola biləcəyi bildirilir.

Müasir qarışıq döyüş növlərinin ustası kimi dünya kinosuna damğasını vuran Brüs Li 1973-cü il iyulun 20-də vəfat edib. İllər keçməsinə baxmayaraq Linin ölümü ilə bağlı bir iddia müzakirələrə səbəb olub.

“Clinical Kidney Journal”da dərc olunan məqaləyə görə, “Su kimi ol, dostum” sözləri ilə yadda qalan ustad aktyorun ölüm səbəbi “çox su içmək” ola bilər.

Beyin şişindən əziyyət çəkərək vəfat edən Linin ölümü üzərində çalışan tədqiqat qrupu şişin hiponatremidən qaynaqlandığı iddiasını irəli sürür.

“Başqa sözlə, Brüs Linin böyrəyinin artıq suyu ifraz edə bilməməsi səbəbindən öldüyü fikrini təklif edirik”, - açıqlamada deyilir.

Komanda aktyorun həyatının son dövründə çoxlu meyvə şirəsi və proteinli içkilərdən ibarət xüsusi pəhriz saxladığına diqqət çəkir. Məqalədə Linin bəzi zərərli maddələrdən istifadə etdiyi üçün artan susuzluğunu bu pəhrizlə yatırdığı bildirilir.

Məşhur aktyorun marixuanadan istifadə etdiyi, çoxlu su içdiyi və saat 19:30-da baş ağrısı və başgicəllənmə keçirdiyi məlum olub. Ağrıkəsici qəbul etdikdən sonra Li iki saat sonra ölü tapılıb.

Yarılma zamanı məlum olub ki, 1400 qramdan çox olan beyin 1.575 qrama qədər şişib. Araşdırma qrupu Linin dərmanı yalnız baş ağrısı və başgicəllənmə yaşadıqdan sonra qəbul etdiyinə diqqət çəkərək beynin bundan əvvəl şişməyə başladığını deyir.

“Bir sözlə, Linin həm suyun qəbulunu, həm də ifrazını tənzimləyən su homeostazı mexanizmlərinə müdaxilə nəticəsində hiponatremiyə meylli bir çox risk faktoru olub. Güman edirik ki, Brüs Li böyrək disfunksiyasından ölüb”, - açıqlamada vurğulanır.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41