Bazar ertəsi, 20 May

Siyəzəndə qanunsuz ov edənlər tutuldu - FOTOLAR

image

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Beşdam kəndi ərazisində qanunsuz ov edənlərin şəxsiyyəti müəyyəb edilib.

Verilən məlumata görə, həmin şəxslər Siyəzən rayon sakinləri Pərviz Xankişiyev və Anar Babayevdir. A.Babayevdən bir ədəd sənədsiz 16 kalibrli “TOZ” markalı qoşa lüləli ov tüfəngi götürülüb.

Hazırda həmin məsələ ilə bağlı RPŞ-nin Təhqiqat qrupunda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkədə adları açıqlanmayan şəxslərin qanunsuz ov etməsi iddiası ilə bağlı fotoları yayılıb. Onların qu quşu ovladığı bildirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41