Cümə axşamı, 16 May

Ölülərin yandırılma mərasimi haqqında İLGİNC FAKTLAR

image

Hindistanın ən mistik şəhəri olan Varanasidə hər gün minlərlə meyit yandırılır.

Benares olaraq da bilinən Varanasi, Hindistanın Uttar Pradeş əyalətində yerləşir və ölkənin ən qədim və ən müqəddəs şəhəridir. Şəhər hinduların min illərdir ibadət etdikləri Qanq çayının tam yanındadır. Tanrı Şiva şəhəri olaraq da bilinən Varanasi təxminən 2500 ildir hinduların müqəddəs ziyarətgahı da sayılır. Şəhərin demək olar ki, hər guşəsində “Ghat” adlı müqəddəs çimmə yerləri var. “Ghat”lardan daha çox ölüləri yandırmaq üçün istifadə olunur. Yandırılan meyitin külləri daha sonra Qanq çayına atılır. Çünki hindular Qanq çayında çimdikdən sonra bütün günahlarının təmizləndiyini düşünürlər. Hindistanın ən mistik şəhərində tarix, əfsanələr və mərasimlər bir-birinə bağlıdır.

http://aftafa.tv/M0/1/2021/05/images/20210501_221342_1619892822_4ebc2a15b4.jpg

 

Hindusların dini paytaxtı Varanasidə 20 mindən çox məbəd var. Bu məbədlərdə mərasimlər hər axşam, Günəş batdıqca keçirilir. Hindistanda bir çox şeyin tanrısı olduğu kimi, Qanq çayının da bir tanrısı var. “Qanqa” adı verilən tanrıya dualar Günəş batdıqca çalınan zənglərlə başlayır. İbadət mərasimlərinə isə “Aarti” deyilir. İlin hər günü keçirilən Aarti ibadəti, Varanasinin ən məşhur ənənələrindən biridir.

Ölənlər Varanasidə ənənəvi üsullarla yandırılır

Min illərdir hindular ölülərini yerə basdırmaqdansa, yandırmağa üstünlük verirlər. Bu gün bu mərasim bir çox nöqtədə olmaqla, müasir üsullarla həyata keçirilir. Ancaq Varanasidə ölülər ənənəvi üsullarla yandırılmağa davam edir. Gün ərzində minlərlə ölü yandırılır və külləri Qanq çayına tökülür. Yandırma prosesi "kremasiya" adlanır. Yandırma mərasiminə hər kəs baxa bilər. Lakin foto və video çəkmək qadağandır.

Yandırma mərasimlərinə görə mərhumun böyük oğlu dəfn mərasiminə rəhbərlik edir

http://aftafa.tv/M0/1/2021/05/images/20210501_221353_1619892833_e5668a65e7.jpg

Mərhumun oğlu yoxdursa, mərasimi onun həyat yoldaşı və ya başqa bir qohumu idarə edir. Bu insan saçlarını kökündən qırxdıqdan sonra ağ paltar geyinir. Sonra mərhumun cəsədi ağ bir kəfənə bükülür və qohumları tərəfindən çiyinlərdə daşınaraq, Qanq çayının kənarına gətirilir. Hindular üçün bu, çox normal bir şey olsa da, fərqli mədəniyyətlərdə qəbuledilməz bir haldır.

Varanasidə təşkil edilən hər cənazə üçün ortalama 350 kiloqram ağac istifadə olunur. Cənazəni odunların arasına qoymazdan əvvəl mərhumun bədəninə müxtəlif ətirlər və yağlar vurulur. Digər tərəfdən, yandırma müqəddəs atəşlə edilməlidir. Bunun üçün hindular kahinlərinə pul verərək müqəddəs atəş alırlar. Odun müqəddəs atəşlə alovlandıqdan sonra mərhumun yaxınları dualar oxumağa başlayır.

Təxminən dörd saat davam edən mərasimdən sonra mərhumun rahatlıq tapdığına inanılır. Yanma prosesi zamanı cəsədlərin kəllə sümükləri partladıqda, ruh və bədən bir-birindən ayrılır. Bəzən kəllələri partlamayan ölülərə başından çubuqla vurulur. Çünki kəllələri partlamayan ölülərin əziyyət çəkəcəyinə inanılır. Qanq çayı sahillərində hər gün minlərlə cəsəd yandırılır. Bu cəsədlərin qoxusu Varanasiyə yayılır.

http://aftafa.tv/M0/1/2021/05/images/20210501_221402_1619892842_a8a5e5dace.jpg

Digər tərəfdən, brahmanların doğuş zamanı həyatını itirən qadın və uşaqların cəsədlərinin təmiz olduğuna inanılır. Bu səbəbdən bu insanların cəsədləri yandırılmadan Qanq çayına atılır.

Qanq çayı dünyanın ən çirkli su mənbəyi hesab olunur

Varanasinin cəsədləri və külləri bir yana, şəhərin kanalizasiya sistemi də Qanq çayına tökülür. Çaya müxtəlif kimyəvi maddələr və zibillər atılır. Bütün bunların xaricində dəri xəstəlikləri olan hindular Qanq çayında yuyunaraq şəfa tapacaqlarını düşünürlər. Çünki Qanqa tanrısının bu çayda meydana gəldiyinə inanılır. Hindistan hökuməti Qanq çayının insan sağlamlığı üçün təhlükəli olduğunu qəbul edir. Ancaq bölgəyə gələn hindular çayın suyunu içməyə davam edirlər. Hinduların immun sistemi Varanasi toxumasına uyğunlaşıb. Ancaq dünyanın müxtəlif yerlərindən Varanasiyə səyahət edən insanlara Qanqa girməmələri barədə tez-tez xəbərdarlıq edilir.

http://aftafa.tv/M0/1/2021/05/images/20210501_221409_1619892849_85792a7206.jpg

Varanasidə təhsil ənənəvi metodlarla davam edir; Ölkənin hər yerindən tələbələr bu şəhərə təhsil məqsədi ilə gəlirlər.

Varanasi Hindistanın dini paytaxtı olduğundan ənənəvi təhsil metodu bu gün də istifadə olunur. Brahman məktəblərində, kolleclərində, liseylərində və universitetlərində çağdaş təhsil əvəzinə dini təhsil verilir. Şəhər həm də sənət, musiqi və rəqs mərkəzi sayılır. Hindistanın ən məşhur dini festivalları Varanasidə baş tutur. Holi, Diwali, Buddha Purnima və Ganga Dussehra kimi festivallar bu şəhərdə hər il böyük coşqu ilə qeyd olunur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00