Şənbə, 18 May

Mariya Zaxarova: İstənilən sanksiyaya mütənasib cavab veriləcək

image

Avropa İttifaqı ölkələri artıq Rusiyaya qarşı çoxlu sayda sanksiyalar tətbiq edib.

Lakin qoyulan məhdudiyyətlərə baxmayaraq, Rusiya tərəfi belə şəraitdə yaşamağı öyrənib.

Xəbər verilir ki, bu barədə dekabrın 7-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Aİ-nin Rusiyaya qarşı növbəti məhdudiyyətlər paketini hazırlamasını şərh edən diplomat qeyd edib ki, Moskva istənilən sanksiyalara öz maraqları əsasında cavab verəcək.

“Siz yaxşı bilirsiniz ki, istənilən sanksiyalara mütənasib cavab verilir, ölkəmizin maraqları əsas götürülür, idarələrarası formatda işlənir, razılaşdırılır, yoxlanılır və s. Qeyd edək ki, bir gün əvvəl “Financial Times” Aİ-nin Rusiyaya qarşı hazırlanan yeni sanksiyalar paketində dörd telekanalın yayımına qadağa, həmçinin dəyəri iki milyard avrodan çox olan məhsulların ixracına nəzarət və digər məhdudiyyətlərin olduğu barədə yazmışdı.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41