Şənbə, 20 Aprel

Qazaxıstandan Azərbaycana yeni aviareys açılır

image

2023-cü ilin yaz-yay naviqasiya dövründə Astanadan Bakıya yeni uçuşların açılması gözlənilir.

Bu barədə Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“2023-cü ilin yaz-yay naviqasiya dövründə Aktau və Çimkənddən Ankaraya, Almatı və Aktaudan Mədinəyə, Astanadan Nyaçanqa, dekabrın 25-dən etibarən Astanadan Bakıya, Çimkənddən Düşənbəyə reyslərin açılması gözlənilir. Eyni zamanda, “Air Seychelles” aviaşirkəti dekabrın 26-dan etibarən Qazaxıstan və Seyşel adaları arasında Almatı-Mahe istiqamətində reyslər açmağı planlaşdırır”, - məlumatda deyilir.

Bildirilir ki, hazırda qazaxıstanlılar dünyanın 29 ölkəsinə birbaşa uçuşlar həyata keçirə bilirlər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20