Şənbə, 20 Aprel

Bakıda şirkət rəhbərini intim görüntüləri ilə şantaj ediblər - 200 minini alıblar

image

Bakıda şantaj edildiyini bildirən əcnəbi ölkə vətəndaşı hüquq-mühafizə orqanlarına müraciət edib.

Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edən Böyük Britaniya vətəndaşı, 1966-cı il təvəllüdlü C.G. bildirib ki, bu ilin mart ayından etibarən Azərbaycan vətəndaşı olan üç nəfər tərəfindən şantaj edilir.

O qeyd edib ki, özlərini Elnarə, Vüqar və Jasmin kimi təqdim edən şəxslər onu intim görüntülərini yaymaqla hədələməyə və pul tələb etməyə başlayıblar.

Şikayətçi son 10 ay ərzində həmin şəxslərin hədə-qorxu yolu ilə ondan 200 min manat pul aldıqlarını əlavə edib.

Qeyd edək ki, polisə müraciət edən Britaniya vətəndaşı 10 ildir ki, Bakıda yaşayır və əcnəbi şirkətlərdən birində rəhbər vəzifədə çalışır. O, azərbaycanlı qadınla evlidir.

C.G.-nin müraciəti ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20