Cümə, 19 Aprel

İlin ən “uğursuz” adamı – Vladimir Putin

image

2022-ci il üzrə Avropanın ən diqqət çəkən 28 şəxsinin adı məlum olub.

Xəbər verilir ki, bu barədə ABŞ-ın “Politico” nəşri məlumat yayıb. Jurnalistlərin və onların qarşılıqlı əlaqədə olduqları nüfuzlu insanların təcrübə və fikirləri əsasında hazırlanan siyahıda Ukrayna Prezidenti Volodimir Zelenski “ilin ən çox diqqət çəkən şəxsi” elan olunub.

Siyahıda İtaliyanın baş naziri Corciya Meloni, Almaniyanın iqtisadiyyat naziri Robert Habek, Finlandiyanın hökumət başçısı Sanna Marin də yer alıb. 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə “Politico” nəşri tərəfindən “ilin uğursuzu” seçilib.

“Vladimir Putinin böyük Rusiya arzusu çətin ki, gerçəkləşsin. Onun Ukraynaya genişmiqyaslı hücumu, demək olar ki, başladığı kimi də tez dağılmağa başladı... Bu, Rusiyanı qiymətləndirmədiyi və xor gördüyü düşməni məğlub edə bilməyən 3-cü dərəcəli ölkəyə çevirdi. Putinin inadkarlığı müharibənin uzanacağı anlamına gəlir”,- deyə məqalədə qeyd olunub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28