Cümə, 29 Mart

Sabir Rüstəmxanlı: “Yanından qaz kəməri keçir, amma kəndin qazı yoxdur”

image

Deputat Sabir Rüstəmxanlı Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış edərkən hökumət üzvlərinə təşəkkürünü bildirdi.

Deputat dedi ki, Xəzər dənizinin suyunun Kürə axması səbəbindən Neftçalada içməli su çatışmırdı. İki il əvvəl bu məsələ qaldırıldı, çox qısa müddətdə problem həllini tapdı. Eyni zamanda, sakinlərin təklifi ilə Xəzər suyunun Kürə qarışmaması üçün Xəzərlə Kür arasında bənd çəkilib: “Yol çəkilişi və digər sahələrdə mənim seçildiyim rayonda xeyli işlər görülür. Mən arzu edirəm ki, bu işlər dayanmasın. Məsələn, yanından qan qaz kəməri keçir, amma kəndin qazı yoxdur”.

Spiker Sahibə Qafarova da S.Rüstəmxanlının hökumətə ünvanladığı təşəkkürə qatıldığını bildirdi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45