Cümə axşamı, 25 Aprel

Əli Əsədov: “Zəngəzur dəhlizinin açılması iqtisadiyyatımızın güclənməsinə təkan verəcək”

image

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Baş nazir Əli Əsədov Böyük Qayıdışdan bəhs etdi.

Hökumət başçısı dedi ki, iki il bundan əvvəl qazandığımız şanlı qələbə nəticəsində torpaqlarımızın ərazi bütövlüyü təmin edilib. Bu gün isə Cənubu Qafqazda lider dövlət olan Azərbaycanın milli priotertləri üçün hədəflərinə çatmaq vacibdir: “Bu gün qarşımızda duran əsas vəzifə milli priotertlərimizin ilki olan Böyük Qayıdışı təmin etməkdir. Bizim üçün işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışı təmin etmək vacibdir. Bir-biri ilə qarşılıqlı əlaqədə olan milli prioritetlər gələcəkdə ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edəcək. Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə böyük işlər görülüb və işlər davam etdiriləcək".

Baş nazir bildirdi ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan iqtisadiyyatının güclənməsinə təkan verəcək: “Regionun iqtisdiyyatının inkişafı üçün genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur regionunun sürətlə dirçəlməsinə səbəb olacaq. Dövlətimizin qarşısında duran digər ən vacib vəzifə ölkənin müdafiə qüvvəsinin gücləndirilməsidir”.

Hökumət başçısı dedi ki, ordumuzun müasir silah-sursatlarla təmin edilməsi, əsgərlərimizin sosial rifahının gücləndirilməsi bizim üçün əsas qayədir: “Dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait hər zaman bizim üçün öncəlik olacaq”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33