Cümə axşamı, 28 Mart

Prokurordan Eldar Mahmudovun generalı barəsində TƏLƏB

image

Dekabrın 9-da Bakı Apelyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili olmuş Nadir Nəzirovun apelyasiya şikayəti üzrə hazırlıq iclası davam etdirilib.

Xəbər verilir ki, Nizami Şirinov və digər şəxslər Bakı Hərbi Məhkəməsinin barələrində olan hökmündən narazıdırlar. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər. Vəkilləri məhkəməyə təqdim etdikləri apelyasiya şikayətlərində müvəkkillərinin barəsində bəraət hökmünün çıxarılması üçün əsaslar olduğunu qeyd ediblər.

Hazırlıq iclasında dövlət ittihamçısı da protest təqdim edib. Dövlət ittihamçısı Nizami Şirinov və digərilərinin barəsindəki hökmün dəyişdirilməsini, daha ağır cəza təyin olunmasını tələb edir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il, Nadir Nəzirov 4 il müddətinə azadlıqdan mərhum edilib. İbtidai istintaq dövründə və cinayət dosyesinə Bakı Hərbi Məhkəməsində Elcan Abdullayevlə Nadir Nəzirov barəsində ev dustaqlığı qəti-imkan tədbiri seçilmişdi. Məhkəmənin hökmündən sonra isə hər iki şəxs zalda həbs olunublar. Nizami Şirinova gəlincə isə, 2022-ci ilin aprelindən həbsdədir. Elman Tahirov barəsində olan cinayətə cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinovun general rütbəsinin alınması üçün prezidentə təqdimat göndərilməsi barədə qərar olunub. Bundan başqa o, orden və medallardan da məhrum edilib. Həmçinin Nizami Şirinovun bütün əmlakları müsadirə olunub.  Hökmdən narazı qalan Nizami Şirinov və digər təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

İstintaq orqanı tərəfindən Nizami Şirinovun barəsində Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirovun barələrində həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.

İttihama görə, Nizami Şirinov və digər şəxslər qulluq mövqeyindən sui-istifadə edib, zərərçəkmiş şəxslərə hədə-qorxu gəlib, onların külli miqdarda vəsaitlərini mənimsəyiblər. Onlar zərərçəkmişlər Dilşad Aslanovadan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, Rahib Ağayevdən 150 min dollar almaqda təqsirli biliniblər. Zərərçəkmiş Mirzəli Yusifov təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslərdən 315 min ABŞ dolları maddi ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.

Digər zərərçəkmişlər Rahib Ağayev tərəfindən Nizami Şirinov və Elcan Abdullayevə qarşı məhkəməyə 150 min manatlıq mülki iddia daxil olduğu elan olunub. Zərərçəkmiş Vüqar Ağayevin vəkili isə məhkəməyə 1 milyon 162 min 400 manatlıq mülki iddia ərizəsi təqdim edib. Hər iki ərizə baxılması üçün məhkəmə icraatına qəbul olunub. Nizami Şirinov Bakı Hərbi Məhkəməsində iş üzrə zərərçəkənlərə vurulan ziyanı ödəyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45