Bazar, 19 May

Silahlı ruslarla silahsız azərbaycanlılar üz-üzə: Qarabağda nə baş verir?

image

Ötən gün QHT fəalları, jurnalistlər və aktivistlərin iştirakı ilə Laçın-Şuşa-Xankəndi yolunda başlayan aksiya davam edir. Bu gün səhər saatlarından etibarən aksiya iştirakçıları sırasına çoxlu sayda QHT rəhbəri, jurnalist, bloger və ictimai fəal da qoşulub. Azərbaycanlı ekoloqların Xankəndiyə sərbəst girişini və sülhməramlı kontingentin rəhbəri general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edən aksiya iştirakçılarının səsləndirdiyi “Qarabağ Azərbaycandır!” şüarı artıq Xankəndidə belə eşidilməyə başlanıb. 

Xəbər verilir ki, Xankəndi-Şuşa yolunda keçirilən aksiya Ermənistan cəmiyyətində və Qarabağın separatçıların nəzarətində olan hissəsində böyük ajiotaja səbəb olub.

Analitiklərin fikrincə, ermənilər bu aksiyalardan çox mühüm nəticələr çıxarmalıdırlar. Xankəndidəki terrorçu rejimin “rəhbəri” Araik Arutyunyan ötən gün təcili olaraq “hökumət”in iclasını çağırmaqla mövcud məsələnin həlli istiqamətində bir sıra fikirlər səsləndirib.

Aksiyanın ötən gün başlamasına baxmayaraq, Xankəndidə yaşayan erməni əsilli vətəndaşlarımız artıq sülhməramlıların onların təhlükəsizliyini qoruyacağına inanmırlar. Bunu bir çox erməni KİV-lərində paylaşan fotolardan da görmək mümkündür. 2 ildir bölgədə sülhü təmin etməyi bacarmayan məlum kontingentin imici sonuncu aksiyadan sonra ermənilər üçün də ölməkdədir.

Bir söz var: tarix təkərrürdən ibarətdir. Vaxtilə rus tanklarının qarşısında əliyalın olan bu millət, 30 ildən sonra yenə də eyni situasiya ilə qarşı-qarşıyadır. Əlində plakat, çiynində bayraq, içində vətən sevgisi olan azərbaycanlılar hər cürə müasir silahla təmin edilmiş “sülhməramlı” əsgərlərlə üz-üzə, göz-gözədir.

Ermənilərin bu aksiyadan nəticə çıxarmalı olduğu başqa vacib məqamlarlar da var. İndi ən küt erməni belə anlayır ki, Vardanyanın pulları onları xilas etməyə qadir deyil. Vaxtında Vardanyana arxayınlıq göstərən, hətta onun pulları sayəsində saxta etiraz aksiyaları keçirən, Xankəndi meydanlarını pafoslu şüarlarla dolduran separatçılar çox güman ki, indi əsl həqiqətlə üz-üzədir. Həqiqət isə qısa və sadədir: Azərbaycan bundan sonra da Xankədidən əl çəkəsi deyil.

Qarabağda yaşamağın isə qaydası hamımıza bəllidir: üçrəngli bayrağımızın kölgəsinə sığınmaq, nifrəti, düşmənçiliyi, kin-küdurəti aradan qaldırmaq və Azərbaycan torpağında Azərbaycan vətəndaşı kimi yaşamağı qəbul etmək. Bunu bacara biləcəklərsə, bizim torpaqlarımızda yaşayacaqlar. Yox, bu nifrəti uzun illər davam etdirmək istəyirlərsə, bu, artıq başqa məsələ. Necə deyərlər, öldü var, döndü yoxdur...

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41