Cümə axşamı, 16 May

Azərbaycan, Türkiyə və Türkmənistan arasında viza rejimi sadələşdiriləcək

image

Azərbaycan, Türkiyə və Türkmənistan arasında imzalanmış “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” üç ölkə arasında və ərazilərindən tranzit keçməklə həyata keçirilən multimodal daşımaların inkişafına, nəqliyyatın rəvan hərəkəti üçün administrativ və viza prosedurlarının sadələşdirilməsinə, avtodaşıyıcılar üçün səmərəli şəraitin yaradılmasına xidmət edəcək.

Xəbər verilir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Tvitter”də bildirib.

Xatırladaq ki, sözügedən sənəd azərbaycanlı nazir, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu, Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədxan Çakıyev imzalayıblar.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00