Cümə axşamı, 16 May

2023-cü ilin rəngi seçildi - FOTO

image

Beynəlxalq rəng ekspertizası mənbəyi kimi tanınan Dünya rəng institutu - “Pantone” 2023-cü ilin rəngini “Viva Magenta” olaraq açıqlayıb.

Enerji və canlılığı, cəsarəti ifadə edən bu rəng təbiətdə kök salmış, qırmızı rəng ailəsindən gələn və yeni bir gücün başlanğıcını simvolizə edən bir rəngdir.

Yerli bazarı araşdırdıqda bu rəngə ən uyğun çaları “Nar”ın brendinqində görmək olar. Mobil operator reklam çarxlarında, çöl bannerlərində, rəqəmsal mediada bu dinamik rəngdən aktiv şəkildə istifadə edir.

Qeyd edək ki, Pantone Rəng İnstitutu rəngin insan psixologiyasına təsirini araşdırır və hər il moda, reklam, dizayn, geyim və digər sahələrə yön verəcək rəng trendini elan edir. Bir sözlə, ən son dəb tendensiyalarına əməl edirsinizsə, o zaman Yeni ili Pantone-un təklif etdiyi rənglərdə qeyd edə bilərsiniz.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58