Cümə, 17 May

“Saakaşvili həbsxanada qalsa, bu, onun üçün ölüm olacaq” - Aksiya davam edir

image

Gürcüstanda sabiq Prezident Mixeil Saakaşviliyə növbəti dəstək aksiyası keçirilib.

Xəbər verilir ki, aksiya Bidzina İvanişvilinin evinin yaxınlığında keçirilib.

Mitinqdə Vahid Milli Hərəkat Partiyasının üzvləri və tərəfdarları iştirak edib.

Aksiya iştirakçıları bildiriblər ki, bugünkü hərəkətlə onlar Bidzina İvanişviliyə konkret mesaj veriblər: “Məhkəmə Saakaşvilini ən pis vəziyyətdə həbsxanada saxlasa, bu, onun üçün ölüm hökmü olacaq. Bu halda Bidzina İvanişvilinin evləri etirazın mərkəzinə çevriləcək. Aksiyalar intensiv hal alacaq”.

Qeyd edək ki, növbəti mitinq dekabrın 22-nə planlaşdırılır". 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58