Cümə, 17 May

Conni Depp ilə münaqişə 1 milyona həll olundu

image

Hollivud aktyoru Conni Depp və aktrisa Ember Herd aralarındakı münaqişə ilə bağlı razılığa gəliblər.

Xəbər verilir ki, Ember Herd bu barədə instaqram hesabında paylaşım edib.

O bildirib ki, keçmiş ərinə bir milyon dollar ödəyəcək və bununla da münaqişə yekunlaşacaq.

Bunun üçün Ember evini satmalı olub.

Xatırladaq ki, 2015-ci ildə evlənən cütlük 2 ildən sonra boşanıb. Qadın aktyoru məişət zorakılığında ittiham edirdi. Öz növbəsində, Depp aktrisanı böhtan atmaqda ittiham edib. Məhkəmə aktyoru haqlı bilib və Ember Herdin pul konpensasiyası ödəməsinə dair qərar çıxarıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41