Cümə axşamı, 16 May

“Telegram”da yeni funksiya peyda olacaq

image

“Telegram” fayllar üçün spoyler funksiyasını işə salmağa hazırlaşır. 

Xəbər verilir ki, bu imkan artıq mesajlar üçün aktivdir.

Məlumata görə, yenilik Android üçün 9.3 (30029) beta versiyasında tapılıb. Mesaj göndərilərkən spoyler funksiyasını seçmək mümkün olacaq və media fayllar gizlədiləcək. Onlara yalnız ekrana toxunmaqla baxmaq mümkün olacaq.

Bundan əlavə, qrup üzvlərini (100 və daha çox üzvdən ibarət qruplarda) gizlətmək mümkün olacaq, orada yalnız inzibatçılar görünəcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00