Şənbə, 20 Aprel

Mbappenin PSJ qarşısında qoyduğu şərtlər

image

PSJ-nin fransız hücumçusu Kilian Mbappe klubun braziliyalı hücumçu Neymarı satmasını istəyir.

Xəbər verilir ki, bu barədə OK Diario nəşri məlumat yayıb.

23 yaşlı futbolçu klubu qarşısında üç şərt irəli sürüb.

Klub ötən yay Mbappeni razı salmaq üçün braziliyalını satmağa çalışsa da, Neymara PSJ səviyyəsində maaş zəmanəti verə biləcək potensial alıcı tapılmadı.

Mbappe Neymarı satmaqla yanaşı, “Tottenhem”in hücumçusu Harri Keynin Paris klubuna gətirilməsini, həmçinin “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın kluba baş məşqçi təyin olunmasını istəyib. 

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Mbappenin Neymarla arasında uzun müddətdir ki, münaqişə var.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20