Cümə axşamı, 16 May

Göyçay məscidində insident - Həbs edilən var- Yenilənib

image

Göyçay şəhəri, Rəsul Rza küçəsində yerləşən mərkəzi məsciddə insident baş verib.

Məlumata görə, məscidə gələn 1974-cü il təvəllüdlü Zülfüqar Şıxbabayev (şərti ad-soyadlı) məsciddəki möhürləri yerə ataraq söyüş söyməyə, qışqıraraq səs-küy salmağa başlayıb. O, saxlanılaraq polis şöbəsinə aparılıb və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmədə Z.Şıxbabayev heç kimi təhqir etmədiyini deyərək barəsində bildirilənlərin əsassız olduğunu bildirib.

Məscidin nümayəndəsi isə Rəsul Rza küçəsində yaşayan həmin şəxsin məscidə gələrək oradakı möhürləri yerə atdığını və onları söyərək təhqir etdiyini bildirib.

Göyçay Rayon Məhkəməsinin qərarı ilə Z.Şıxbabayevə 25 sutka inzibati həbs cəzası verilib.

***

Baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-in Mətbuat Xidmətin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, dekabrın 17-də Göyçay şəhəri ərazisində yerləşən məscidlərin birində rayon sakini F.Məmmədyarov ucadan səs-küy salıb və xırda xuliqanlıq hərəkətlərinə yol verib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həmin şəxs şöbəyə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin də qərarı ilə o, 25 sutka inzibati həbs edilib.

F.Məmmədyarov polis şöbəsinin müvəqqəti saxlama yerində olarkən onun hərəkətlərində psixoloji problemləri olmasına dair şübhələr yarandığından Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsindən keçirilməsi təmin edilib və daha sonra müalicə alması üçün Respublika Psixiatriya Xəstəxanasına göndərilib. Hazırda həmin tibb müəssisəsində onun müalicəsi davam etdirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00