Şənbə, 20 Aprel

Ronaldo Səudiyyə Ərəbistanına köçür: Mənzil ayrıldı

image

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo "Əl-Nəsr"ə (Səudiyyə Ərəbistanı) transfer olunmağa daha da yaxınlaşıb. 

Xəbər verilir ki, klub artıq futbolçunun tibbi müayinədən keçmə tarixini müəyyənləşdirib. Həmçinin 37 yaşlı hücumçu və onun nümayəndələri üçün yaşayış yeri də ayrılıb.

"Əl-Nəsr" qış transfer pəncərəsinin açılması ilə bütün rəsmiyyətləri həll etməyə ümid edir. Bildirilir ki, müqavilənin ümumi şərtləri artıq razılaşdırılıb. İndi qərar futbolçunun özünə qalıb - o, müqaviləni imzalayıb-imzalamaqla bağlı qərar verməlidir.

Bildirilib ki, hücumçunun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilə qədər hesablanacaq və onun gəliri ildə 200 milyon avro təşkil edəcək.

Xatırladaq ki, 37 yaşlı futbolçu "Mançester Yunayted"lə müqaviləyə xitam verildikdən sonra azad agent statusundadır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20