Cümə, 17 May

Rusiya yeni atom sualtı qayığını TƏQDİM ETDİ

image

Rusiyada “İmperator III Aleksandr” atom sualtı qayığı dənizə buraxılıb.

Xəbər verilir ki, mərasimdə Rusiya Prezidenti Vladimir Putin də iştirak edib.

Məlumata görə, “İmperator III Aleksandr” Rusiyanın strateji nüvə sualtı qayıqlarının “Borey-A” ailəsinin yeddinci raketdaşıyıcısıdır. Belə gəmilər 16 ədəd “Bulava” qitələrarası ballistik raketi daşımağa qadirdir.

Qeyd olunub ki, sualtı raketdaşıyıcısının dəniz sınaqlarına başlanması gələn ilin iyun ayına planlaşdırılır. Hazırkı silahlanma proqramı çərçivəsində “Borey-A” layihəsinin daha dörd sualtı qayığının inşası və təhvil verilməsi planlaşdırılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58