Cümə, 19 Aprel

DİQQƏT! Bakının apteklərində bu dərmanın saxtası satılır - VİDEO

image

Apteklərdə "Ozempik" dərman preparatının saxtasının satıldığı müəyyən edilib.

Məlumata görə, Danimarka dərman istehsalçısı "Novo Nordisk" şirkətinin Azərbaycan nümayəndəliyi səhiyyə işçilərinə və əhaliyə müraciət edib. Müraciətdə deyilir ki, "Ozempik" preparatına tələbatın yüksək olması ilə əlaqədar olaraq, "Ozempik" 0,5 mq və 1 mq preparatının çoxsaylı saxtalaşdırılma hallarının meydana çıxması müşahidə olunur.

Nümayəndəlikdən bildirilib ki, hazırda Qazaxıstan, Rusiya, Azərbaycan və Özbəkistanda saxtalaşdırılma halları qeydə alınıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, nümayəndəlik preparatın istifadəçilərini diqqətli olmağa çağırıb. Xüsusilə preparatı aptekdən əldə edərkən bəzi nüanslara xüsusi diqqət etsinlər. Saxta məhsullar aşkar edildikdə, bu barədə şirkətin elektron ünvanına məlumat verilməsi xahiş edilir.

Qeyd edək ki, sözügedən dərman preparatları əsasən şəkərli diabet xəstələrinin müalicəsində istifadə olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17