Cümə axşamı, 16 May

Pensiyalar niyə gecikir? - Bu tarixədək tam ödəniş olacaq

image

Ölkə ərazisində yanvar ayının pensiyalarının gecikdiyi iddia edilir.

Bu barədə "qaynar xətt"inə çoxlu sayda müraciətlər daxil olub. 

Məlumata görə, daha əvvəl hər ayın 8-nə qədər ödənən təqaüdlər bu ayın 10-u olmasına baxmayaraq, hələ də ödənməyib.

Məsələ ilə bağlı  açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı bildirdi ki, yanvar ayında ötən aylara nisbətən 1-2 gün gecikmə yaşana bilər:

"Bilirsiniz ki, yeni ildən sonra yanvar ayı büdcə ayıdır. Yəni büdcə təsdiq edildikdən sonrakı ilk ay. Elə buna görə də burada ötən aylara nisbətən 1-2 gün yubanma ola bilər. Amma qrafikə uyğun olaraq heç bir gecikmə yoxdur. Yanvar ayının 15-dək pensiyalar ödəniləcək".

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları bu ayın 9-da ödənilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00