Şənbə, 20 Aprel

Pikenin Şakiraya cavabı gecikmədi

image

Dünya şöhrətli müğənni Şakira yeni mahnısında ona xəyanət edən keçmiş həyat yoldaşı, ulduz futbolçu Pikeyə mesaj göndərib.

O, “Music Sessions #53” mahnısında Pikeyə ünvanladığı ehtimal olunan “Rolex”i “Casio”ya dəyişdin” deyib.

Pikenin bu sözlərə cavabı gecikməyib.

“Casio” heyrətamiz saatdır, onu ömür boyu taxa bilərsiniz”, - cavabını verib.

Qeyd edək ki, Pike dünyaca məşhur saat markası “Casio” ilə də sponsorluq müqaviləsi imzalayıb.

Xatırladaq ki, ulduz cütlük 2022-ci ilin yayında futbolçunun xəyanətindən sonra ayrılıb. Məlumata görə, Pike hələ Şakira ilə münasibətdə olarkən başqa bir qızla - prodüser şirkətində işləyən 23 yaşlı tələbə Klara Çia Marti ilə görüşməyə başlayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20