Bazar, 19 May

“Aeroflot” Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayacaq

image

Fevralın 17-dən etibarən “Aeroflot” Sankt-Peterburqla Bakı şəhəri arasında birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

Aviadaşıyıcının mətbuat xidmətindən çərşənbə axşamı jurnalistlərə bildiriblər ki, uçuşlara Moskvadan yan keçməklə Sankt-Peterburqdan beynəlxalq uçuşlar proqramının genişləndirilməsi çərçivəsində start veriləcək.

Uçuşlar “Boeing 737-800” təyyarələri ilə həyata keçiriləcək.

Pulkovo hava limanından Azərbaycanın paytaxtına reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Biletlər artıq satışdadır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41