Cümə, 19 Aprel

“Sibel Canla eyni səhnəni bölüşmək istəyirəm“ - Könül

image

Əməkdar artist Könül Kərimova məclislərdən birində məşhur türkiyəli müğənni Alişanla bir araya gəlib.

Xəbər verilir ki, o, görüşün onun üçün gözlənilməz olduğunu bildirib:

"Moskvada mənə əziz olan bir xanımın ərinin 60 illik yubileyində iştirak edirdim. Hər bir müğənninin öz çıxış saatı var idi. Mənim də növbəm yetişdi. Alişan orada olduğuna görə bir az da qonağa hörmət naminə onun mahnısını ifa etdim. Bu mahnını hardasa 10 il əvvəl ifa etmişdim. Alişanın bu mahnısını çox sevirəm. İfam Alişanın da xoşuna gəldi. Hətta mənə qoşulub duet ifa etdik. Gözəl, xoş bir təsadüf idi. Duetimiz oradakı tamaşaçılar tərəfindən də gözəl qarşılandı. Onun sənətini, ifalarını çox bəyənirəm".

Könül Kərimova bildirib ki, ən böyük arzularından biri Sibel Canla bir səhnəni bölüşməkdir:

"Hər zaman arzulamışam ki, Sibel Canla eyni səhnəni bölüşüm. Bu da qismət olarsa çox sevinərəm. Heç vaxt onunla  görüşməmişik. Bu arzum həyata keçərsə çox sevinərəm".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17