Şənbə, 28 Yanvar

Qusardakı yanğınla bağlı prokurorluqdan AÇIQLAMA: Ölən və yaralananların kimlikləri bəlli oldu – YENİLƏNİB

image

Qusarda istirahət mərkəzində yanğınla bağlı araşdırma aparılır.

Qusar rayon prokurorluğundan verilən məlumata görə, yanvarın 22-si saat 4 radələrində Qusar rayonunda yerləşən “Park Qusar” hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

Prokurorluq əməkdaşları dərhal hadisə yerinə baxış keçirib, zəruri istintaq hərəkətləri aparılıb.

İlkin ehtimala əsasən yanğın istirahət mərkəzində yerləşən kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verib.

Aparılmış araşdırma zamanı yanğın nəticəsində 4 nəfər şəxsin - 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, yanğın zamanı 6 nəfər şəxs - 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb.

Xəsarət alanlar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək onlara ilkin tibbi yardım göstərilib.

Hazırda onların vəziyyəti sabitdir.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

10:32

Qusardakı dəhşətli yanğında ölən dörd nəfərin kimlikləri bəlli olub.

Əldə etdiyimiz məlumata görə, yanğın zamanı - Babayev Emin, Babayev Rauf və Babayeva Zülfiyyə (bir ailənin üzvü) və Babaşov Rüstəm adlı şəxslər ölüb.

Digər koteclərdə olan 6 nəfər isə xəsarət alıb.

10:09

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndində “Park Qusar” istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Yanğın nəticəsində “Park Qusar” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kotec yanıb.

İnsident nəticəsində altı nəfər xəsarət alıb. Hadisə yerinin kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub.

Yanğından mühafizə bölmələri tərəfindən yaxınlıqdakı koteclər və meşə zolağı mühafizə olunub, yanğın söndürülüb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindın baş verdiyi ehtimal edilir.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Xırdalanda su kəsiləcək

  • 28.01.2023 - 09:28
image

328 nəfərə vaksin vuruldu

  • 27.01.2023 - 14:33
image

Rusiyanın Ukraynada itkiləri

  • 26.01.2023 - 11:25