Şənbə, 20 Aprel

Həkim 320 manat pensiya alır, bununla necə yaşamaq olar? - Deputat

image

Bu gün 65 yaşı tamam olan müəllim və həkimlər avtomatik olaraq işdən çıxarılır. 

Xəbər verilir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Məlahət İbrahimqızı bildirib. 

Deputat çıxışı zamanı Avropa nümunəsindən söz açıb: “Avropada həkimləri 70 yaşına qədər işdə saxlayırlar. Bizim ölkədə isə belə deyil. Həkim 65 yaşında işdən çıxarılır, sonra bu adam harada işləməlidir? Mən özüm həkiməm, 65 yaşın içindəyəm. Həkim bu yaşdan sonra gedib tibb bacısı kimi başqa yerlərdə fəaliyyət göstərə bilməz. Həkim 320 manat pensiya alır. Bununla necə yaşamaq olar?". 

"Mən təklif edirəm ki, pensiyaya çıxan müəllim və tibb işçiləri ehtiyac olan bögələrdə işlə təmin olunsun. Burada Türkiyə modelindən də istifadə edə bilərik. Görürük ki, Türkiyədə terrorla mübarizə ərazilərinə belə həkimlər və müəllimlər göndərilir”, - deputat əlavə edib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20